Azərbaycan İlahiyyat İnstitutunda “Qarabağ Azərbaycandır!” esse müsabiqəsi davam edir

12 Noyabr 2019 03:38 (UTC+04:00)

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) gənclərin vətənpərvərlik, milli-mənəvi, Vətənə bağlılıq hisslərinin gücləndirilməsi məqsədilə tələbələr arasında keçirilən “Qarabağ Azərbaycandır!” esse müsabiqəsi noyabrın 25-dək davam edəcək.

SİA İnstituta istinadən bildirir ki, müsabiqə “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni vandalizmi: Əsirlikdə olan dini abidələrimiz”, “Şərq memarlığının incisi – Gövhər ağa məscidi” mövzularını əhatə edir.

Müsabiqənin şərtlərinə əsasən, müəllif yalnız bir mövzuda, heç bir mətbuat orqanında dərc edilməmiş, 2500 sözdən çox olmayan esseni müsabiqəyə təqdim edə bilər. İştirak etmək istəyənlər esse (elektron formada fidanyusifova@ait.edu.az elektron poçt ünvanına, həmçinin kağız formada institutun Magistratura və doktorantura şöbəsinə), şəxsiyyət vəsiqəsi və tələbə vəsiqəsinin surətini təqdim etməlidirlər.