İranda növbəti parlament seçkiləri gələn ilin fevral ayının 21-də keçiriləcək

12 Noyabr 2019 00:47 (UTC+04:00)

İranda növbəti parlament seçkiləri gələn ilin fevral ayının 21-də keçiriləcək.

SİA xəbər verir ki, bu barədə İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli deyib. O, seçki məntəqəsinin açılışında bildirib ki, dekabr ayının 1-dən seçkilərdə iştirak etmək istəyən namizədlərin qeydiyyatına başlanılacaq.

Xatırladaq ki, İranda namizədlərin qeydiyyatı, seçkiyə hazırlıq və seçkilərin keçirilməsi ölkənin Daxili İşlər Nazirliyi tərəfindən reallaşdırılır.