Türkiyə irimiqyaslı hərbi-dəniz təlimlərinə başladı FOTO

11 Noyabr 2019 11:20 (UTC+04:00)

Türkiyə Aralıq dənizinin şərqində irimiqyaslı "Doğu Akdeniz 2019 Davet Tatbikatı" hərbi-dəniz təlimlərinə başlayıb.

SİA-nın məlumatına görə, təlimlərdə 15 ölkədən 47 hərbi gəmi, 4,7 min hərbçi iştirak edir.

Təlimlərə həmçinin İspaniya, İtaliya və Kanada kimi ölkələr qatılıb.