İranda 4 bal gücündə zəlzələ olub

11 Noyabr 2019 09:01 (UTC+04:00)

İranın Hormozqan vilayətində 4 bal gücündə zəlzələ baş verib. SİA-nın məlumatına görə, zəlzələ yerli vaxtı ilə saat 03:42-də qeydə alınıb.

Məlumata əsasən, yeraltı təkanlarının ocağı 20 km dərinlikdə yerləşib.

Zəlzələnin episentri Həştbəndi şəhərindən 45 kilometr məsafədə olub.

İnsan itkisi haqda məlumat verilməyib.