Yaş corab geyinməklə xəstələnməkdən azad olun!

10 Noyabr 2019 15:00 (UTC+04:00)

Mövsüm dəyişikliyində tez-tez rast gəlinən soyuqdəymə problemləri, xüsusən ani hava dəyişməsi zamanı ortaya çıxır. Bazən bitki, bəzən də dərman müalicəsi tətbiq olunan soyuqdəymə üçün təəccübləndirən müalicə üsulları var.

SİA xəbər verir ki, el arasındairasında yaş corab ilə yatmağın soyuqdəymə problemini həll etdiyi düşünülür. Qulağa qəribə gələ bilər, amma yatağa yaş corabla girmək qrip əlamətlərini yüngülləşdirir. Bu üsulda corablarınızı isti su ilə isladıb, suyunu sıxaraq geyindikdə, soyuqdəymənin qarşısını almış olacaqsınız. Çünkü yaş corab, qan dövranını sürətləndirir və bədən istiliyini tarazlaşdıraraq normal dərəcədə saxlayır. Sürrətlənən qan dövranı soyuğa qarşı müqaviməti artıraraq soyuqdəymə riskini minimuma endirir.