Bakıda keçirilən X Beynəlxalq Qısa Filmlər Festivalı başa çatıb

9 Noyabr 2019 22:30 (UTC+04:00)

Noyabrın 6-dan 9-dək Azərbaycan paytaxtında X Beynəlxalq Qısa Filmlər Festivalı keçirilib. Üç gün ərzində "Nizami" Kino Mərkəzində müxtəlif ölkələrin kinorejissorlarının ekran əsərləri nümayiş etdirilib.

SİA xəbər verir ki, noyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində festivalın bağlanış mərasimi keçirlib.

Mərasimdə çıxış edən festivalın direktoru, kinoprodüser Fəhruz Şamiyev qeyd edib ki, bu cür tədbirlər yeni istedadların üzə çıxarılması və ölkəmizdə kinematoqrafiyanın inkişafı baxımından əhəmiyyətlidir.

Sonra ən yaxşı qısa filmlərin rejissorlarına diplom və mükafatlar təqdim edilib.