Türkiyədə qanunsuz miqrantları daşıyan qayıq batıb

9 Noyabr 2019 17:13 (UTC+04:00)

Türkiyənin Muğla şəhərinin Bodrum rayonunun sahillərinə yaxın bölgədə ölkəni qanunsuz yolla tərk etmək istəyən miqrantları aparan rezin qayıq batıb. SİA-nın verdiyi məlumata görə, qayıqda olan yeddi nəfərdən altısı Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xilas edilib.

Hazırda itkin düşən bir nəfərin axtarışları davam edir. Axtarışlara helikopterlər cəlb olunub.