AŞ-nın baş katibi Gürcüstana səfər edəcək

9 Noyabr 2019 12:11 (UTC+04:00)

Avropa Şurasının (AŞ) baş katibi Mariya Peyçinoviç Buriç Gürcüstana səfər edəcək. SİA Gürcüstan mətbuatına istinadən xəbər verir ki, səfər noyabrın 11-də baş tutacaq. Səfəri çərçivəsində xanım diplomat ölkə prezidenti, baş naziri, parlament sədri və digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Görüşlərdə qurumla Gürcüstan arasında əməkdaşlıq və gələcək planlar müzakirə ediləcək.

Qeyd edək ki, Baş katibin səfəri çərçivəsində Avropa Şurasının 70 illiyi, Gürcüstanın şuraya üzv olmasının 20-ci ildönümünə həsr olunan tədbirlər və təşkilatın Gürcüstan üzrə 2020-2023-cü illər üçün fəaliyyət planının rəsmi təqdimatı da keçiriləcək.