"Bugünki hakimiyyət xalqın dəstəklədiyi hakimiyyətdir" ÖZƏL-MÜNASİBƏT

9 Noyabr 2019 10:05 (UTC+04:00)

"Müxalifət dəyirmi masa keçirməklə yenidən başqa adla gündəmdə qalmaq istəyir. Dəyirmi masada iştirak edənlərə nəzər yetirsəniz görərsiniz ki, bunların yığılmalarının nə nəticəsi ola bilər. Arif Hacılı, İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseynov, Əli İnsanov, Hikmət Hacızadə, Turan agentliyinin direktoru Mehman Əliyev. Dünyanın işinə baxın ki, ölkənin ictimai-siyasi vəziyyətini kimlər müzakirə edib fikir söyləyirlər". Bunu SİA-ya millət vəkili Eldəniz Səlimov deyib.

Deputatın sözlərinə görə, özləri hakimiyyətdə olanda gördükləri işlərdən xalqın başına gətirilən müsibətlərdən aclıq, səfalət içində yaşamalarından danışsınlar: "Cavanlarımız da ibrət alsınlar və onlara öz sözlərini desinlər. Əli İnsanov danışarkən hiss olunur ki, xəcalət çəkir. Özünün etdikləri azmış kimi, bu gündə mənəvi əziyyət çəkmədən dəyirmi masada iştirak edir. Əli İnsanov keçmişini kimə verib orada iştirak edir. Əli İnsanov, Əli Kərimli, Tofiq Yaqublunun halına acıyaraq xal qazanmaq üçün yazıqlar olsun bunlara. Bir şey hamıya aydındır ki, dəyirmi masa yox lap iki mərtəbəli masanın altında bəyanat qəbul etsələr, onların bu bəyanatları da həmişəki kimi bir kağız parçasıdır. Onlar yaddan çıxarıblar ki, bugünki hakimiyyət xalqın dəstəklədiyi hakimiyyətdir. Elçibəyin hərcmərclik olan hakimiyyəti deyil. Harada, hansı adla bəyanat verirlər versinlər yenə də adları üstlərindədir satqınlar və xəyanatkarlar".