İngiltərədə yağan şiddətli yağışlar sel və daşqınlara səbəb olub

9 Noyabr 2019 05:09 (UTC+04:00)

İngiltərədə yağan şiddətli yağışlar sel və daşqınlara səbəb olub.

SİA xəbər verir ki, Yorkşir bölgəsində insanlar evlərindən təxliyə ediliblər. Sel və daşqınlar nəticəsində 1 nəfər həyatını itirib. Onun cəsədi Derbişirdəki Dervent çayından tapılıb. Polis cəsədin şəxsiyyətini müyyənləşdirməyə çalışır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 100-dən çox daşqın olacağı ilə bağlı xəbərdarlıq edib.