Qrizmann və Messi küsülüdür?

8 Noyabr 2019 22:40 (UTC+04:00)

"Barselona"nın hücumçuları Antuan Qrizmann və Lionel Messi arasında gərginlik davam edir. Qol.az-ın El Chiringuito TV-yə istinadən yaydığı xəbərə görə, sözügedən oyunçular məşqlərdə danışmırlar. Qeyd edək ki, fransalı futbolçu açıqlamasında Messi ilə dil tapmağın çətin olduğunu söyləmişdi. Argentinalı hücumçu isə Qrizmannla heç bir probleminin olmadığını bildirmişdi.