İran səmasında RUA vurulub

8 Noyabr 2019 18:25 (UTC+04:00)

İranın Hava Hücumundan Müdafiə Qüvvələri Xusistan vilayəti üzərində pilotsuz uçuş aparatı (PUA) vurub. SİA yerli mətbuata istinadən xəbər verir ki, PUA-nın üzərində heç bir tanınma nişanı olmadığına görə onun hansı ölkəyə məxsusluğu bilinmir.

Hadisə barədə hələlik rəsmi məlumat verilməyib. Körfəzə yaxın yerləşən Xuzistan vilayətində bir sıra strateji obyektləri var. İri limanlarla yanaşı, burada nüvə obyektləri də fəaliyyət göstərir.

İranın xüsusi xidmət orqanları hadisə ilə bağlı təhqiqat aparırlar.