"Ölkəmizin mövqeləri daha da möhkəmlənib” AÇIQLAMA-ÖZƏL

8 Noyabr 2019 15:23 (UTC+04:00)

“2019-cu ildə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı diplomatik planda mövqeləri daha da möhkəmlənib”.Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, cari ildə problemin beynəlxalq ictimai rəyə çatdırılması, siyasi anatomiyasının dövlətlər və xalqlar tərəfindən qəbul edilməsi prosesi xeyli sürətlə gedib.

Politoloq söyləyib ki, Qoşulmayanlar Hərəkatına sədrliyin Azərbaycan keçməsi, eləcə də toplantının Bakıda baş tutuması, eləcə də yekun sənədin qəbulu nətiəsində ölkəmizin diplomatik mövqeləri daha da möhkəmləndi: “Amma problemin həlli istiqamətində demək olar ki, çox ləng addımlar atıldı. Bəzi məsələlərdə Ermənistanın qeyri səmimiliyi ucbatından münaqişəsinin diplomatik həlli dalana dirəndi və bu belə də davam edir. İlin sonuna qədər bu istiqamətdə hər hansı sırçrayışın olacağını demək çox çətindir”.

Q. Hüseynli düşünür ki, Ermənistan 2020-ci ildə də münaqişənin həlli istiqamətində heç bir diplomatik addım atmayacaq: “Problemin həlli diplomatların və Minsk çərçivəsində danışıqlar prosesinin umuduna qalsa, nəsə əldə etmək mümkün olmayacaq”.