Bakıda daha bir metrostansiyanın tikintisi başa çatıb

8 Noyabr 2019 15:00 (UTC+04:00)

Bakıda daha bir metrostansiyanın tikintisi başa çatıb. SİA-nın məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, şərti adı “B3” olan metro stansiyasında əsas tikinti işləri başa çatdırılıb və gələn ilin ortalarında tamamlama işləri aparılacaq: "Bu stansiyadan sonra yeni olan “Bənövşəyi xətt” üzrə işlər aparılacaq ki, onun bir tərəfi Xocahəsən, digər tərəfi isə Qaraçuxur qəsəbəsində olacaq. Ümumilikdə bu xətt 12 stansiya və 1 depodan ibarətdir. Sözügedən xətt üzrə 3 stansiyanın, demək olar ki, tikintisi başa çatdırılıb".