Üzərində Paşinyanın şəkli olan “Premyer” də özü kimi ucuzlaşıb

8 Noyabr 2019 14:43 (UTC+04:00)

Baş nazirin reytinqinin aşağı düşməsi ilə paralel olaraq, üzərində Nikol Paşinyanın şəkli olan “Premyer” arağı da ucuzlaşıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Qraparak" qəzeti yazır.

Qəzet yazır ki, inqilabdan sonra oliqarx hesab olunan və iş adamı sayılan Samvel Aleksanyanın istehsal etdiyi və üzərində Nikol Paşinyanın şəkli olan araq buraxılıb. Əvvəlcə bu araq olduqca yaxşı bir qiymətə, 4-5 min drama satılıb. İnsanlar baş nazirin şəkli olan şüşələri masaya qoymağa meyilli idilər.

Nəşrin yazdığına görə, baş nazirin reytinqinin düşməsi ilə paralel olaraq, bu araqların satışı da çətinləşib və arağın “inqilabi” qiymətləri kəskin şəkildə aşağı düşüb və indi bu araqlar 66% endirimlə satılır. Beləliklə, hazırda Nikol Paşinyanın şəkli olan “Premyer” araq indi 1230 drama satılır. “Qraparak” Nikol Paşinyanla bərabər şəkli üzərinə həkk olunmuş “Premyer” arağının qiymətinin ücuzlaşdığını yazmaqla, Ermənistanın baş nazirinin də ermənilər arasında dəyərinin aşağı düşdüyü qənaətində olduğunu ifadə edir.