İdmançımız Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb

8 Noyabr 2019 12:35 (UTC+04:00)

Azərbaycan Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına 5-ci lisenziyasını qazanıb.

SİA-nın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində paraatletika üzrə dünya çempionatının ilk günündə Kamil Əliyev uzunluğa tullanmaq üzrə T12 kategoriyasinda 7.00 metr nəticə göstərib. Dünya çempionatında üçüncü yerə çıxan yığma üzvü "Tokio 2020"yə lisenziya əldə edib.

Beləliklə, XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan idmançılarıının sayı 5-ə yüksəlib.

Qeyd edək ki, Dünya Çempionatı noyabrın 15-ə qədər davam edəcək. Növbəti günlərdə digər idmançılar da yarışlara qatılacaqlar.