Ağrı əyalətində 8 terrorçu zərərsizləşdirilib

7 Noyabr 2019 23:05 (UTC+04:00)

Türkiyənin Ağrı əyalətində havadan dəstəklənən antiterror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının 8 silahlısı zərərsizləşdirilib.

“Report” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb. Bildirilib ki, antiterror əməliyyatını Türkiyə Daxili İşlər Nazirliyinin Ağrı əyaləti üzrə Jandarm Komandanlığı keçirib.