Bu layihə yeni təsnifata əsasən tərtib edilmiş ilk büdcədir

7 Noyabr 2019 13:58 (UTC+04:00)

2020-ci ilin dövlət büdcəsi layihəsi yeni vahid büdcə təsnifatına əsasən tərtib edilmiş ilk büdcədir. Növbəti ildən qüvvədə olacaq təsnifat dövlət maliyyəsinin beynəlxalq metodologiyaya uyğunlaşması istiqamətində uğurlu addımlardan biridir. SİA xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov noyabrın 7-də Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Vüqar Gülməmmədov qeyd edib ki, növbəti il həm mərkəzləşmiş, həm də yerli gəlirlərdə artım proqnozlaşdırılır.