Burkina-Fasoda avtomobil karvanına edilmiş hücum zamanı 37 nəfər öldürülüb

7 Noyabr 2019 05:08 (UTC+04:00)

Burkina-Fasoda mədən hasilatı şirkətinə məxsus avtomobil karvanına edilmiş hücum zamanı 37 nəfər öldürülüb, daha 60 nəfər xəsarət alıb.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, hücum nəticəsində 37 dinc sakin ölüb və 60-dan çox adam yaralanıb”, - deyə portal qubernatorun adından yayılmış məlumatlardan sitat gətirib.

Bildirilir ki, naməlum şəxslər ölkənin şərqindəki Bunqu şaxtasında karvana hücum edib. Avtomobil karvanını hərbçilər müşayiət edirmiş və karvan 5 avtobusdan ibarət imiş. Avtobuslarda Kanadanın “SEMAFO” şirkətinin əməkdaşları, eləcə də podratçılar və təchizatçılar olub.