İddia: "Ağ Ev Türkiyə əleyhinə sanksiyalara qarşıdır"

7 Noyabr 2019 01:02 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp administrasiyası Konqresin Aşağı palatasının Türkiyəyə qarşı sanksiya tətbiqi və “erməni soyqırımı"nın tanınması barədə qətnamələrə qarşıdır. “Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin yüksək vəzifəli işçisi bildirib. Vurğulanıb ki, bu iki təşəbbüs NATO-dakı əsas müttəfiqlə münasibətlərin kəskinləşməsinə səbəb olar.

“Türkiyənin Suriyada apardığı hərbi kampaniyaya cavab olaraq Nümayəndələr palatasına ötən həftə qəbul edilən sanksiya ABŞ-ın əl-qolunu bağlayar”, - deyə Departamentin nümayəndəsi vurğulayıb. O, ABŞ prezidenti Donald Trampın bu sənədlərə veto qoyub-qoymayacağına aydınlıq gətirməkdən imtina edib.

Qeyd edək ki, oktyabrın 29-da palata Türkiyəyə qarşı sanksiyaların tətbiqi və “erməni soyqırımı”nın tanınması barədə iki qətnamə qəbul edib.