Binəqədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

5 Noyabr 2019 18:17 (UTC+04:00)

Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, rayonun Görədil bağlar sahəsində Bakı şəhər sakinləri Ş.Əliyevin idarə etdiyi “Volvo” və M.Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə M.Quliyevin avtomobilində olan sərnişinlərdən Tünzalə Quliyeva hadisə yerində, 2 yaşlı nəvəsi Yusif xəstəxanada ölüb. M.Quliyev və digər sərnişini olan bir yaşlı nəvəsi isə xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.