Vətənpərvər olmaq hər birimizin vətəndaşlıq borcudur

5 Noyabr 2019 15:39 (UTC+04:00)

Vətənə məhəbbət ruhu canlmlza hoparaq hər an bizi Vətən uğrunda şəhid olmağa hazır etməlidir

Bu gün ölkəmizdə yaşayan hər bir vətəndaşın, dünya azərbaycanlılarının Vətənə, dövlətçiliyimizə məhəbbət hissini daha gücləndirməyə böyük ehtiyac var. Təbii ki, bu heç də o demək deyil ki, ölkəmizdə vətənə məhəbbət, vətənpərvərlik ruhu aşağı vəziyyətdədir, xeyr! Azərbaycanda bütün sahələrdə olduğu kimi, vətənpərvərlik ruhunda tərbiyə də çox yüksək səviyyədədir.

Əbədiyaşar müdrik rəhbərimiz, bənzərsiz dünyəvi siyasi xadim Heydər Əliyevin vətənpərvərlik hissləri barəsində söylədiyi uzaqgörən fəlsəfi fikirlər, o cümlədən milli vətənpərvərlik hissləri hər bir Azərbaycan vətəndaşında o qədər güclüdür ki, hər bir vətəndaş milli mənafeyi, milli maraqlaımızı öz şəxsi maraqlarından, mənafeyindən, öz şəxsi həyatından, yaşayışından – hər şeydən üstün tutmalıdır.

Ancaq bu mövzu o qədər aktualdır ki, hər dəqiqə, hər an diqqət mərkəzində olmalıdır. Ona görə ki, bütün dünya ölkələrinin də bildiyi kimi, Azərbaycan işğala, təcavüzə, terrora, soyqırıma məruz qalan ölkədir. Bir milyon iki yüz mindən çox qaçqını, köçkünü var və ərazinin 80 faizindən çoxu zaman-zaman işğal olunub. Bu təcavüzü, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal etməsi faktını təsdiq edən BMT-nin 4, həmçinin digər nüfuzlu beynəlxalq təşkilatların da qətnamələri var.

Təbii ki, Vətənə xidmət, məhəbbət, torpaq uğrunda şəhid olmaq, əlində silah cəbhə xəttində silahlı qüvvələrdə xidmətlə heç də məhdudlaşmamalıdır. Vətənpərvərlik adından da məlum olduğu kimi, Vətən, topaq məfhumu daha da geniş miqyası əhatə etdiyindən hər bir sahədə çalışan, işləyən insanları əhatə etməlidir və edir. Yəni biz işlədiyimiz, çalışdığımız hər bir sahədə vətənin əsgəriyik və vətənpərvərlik ruhu qanımıza, canımıza hoparaq hər an bizi Vətən uğrunda şəhid olmağa hazır etmişdir. Hər bir vətəndaşda vətənə, xalqa, torpağa, tarixi keçmişimizə. Dünənimizə və bu günümüzə vətənpərvər münasibət, vətənpərvərlik şüuru, vətənçilik əxlaqı, təəssübkeşliyi, milli ləyaqət və qürur hissi, milli ruh yüksəkliyinin olmasından bəhrələnir.

Və bu cür dövlətçilik bizi dövlət himnimizdə də qeyd edildiyi kimi vətəndaşı olduğumuz vətənimiz Azərbaycanın müstəqilliyi, təhlükəsizliyi, ərazi bütövlüyü, sabitliyin tam şəkildə bərqərar olması üçün xarici işğalçı, təcavüzkar, soyqırımı cinayəti törətmiş Ermənistan adlanan forfost ölkəyə qarşı müharibədə bizim hər birimizi vətən yolunda can verməyə, qan tökməyə tam şəkildə hazır etmişdir. Xarici düşmən qüvvələrin maliyyə dəstəyi ilə ölkəmizdə hər bir uğurlarımızın mənbəyini təşkil edən sabitliyimizi pozmağa cəhd edən, iqtidar-xalq, xalq-iqtidar birliyinə, fəlsəfəsinə, vəhdətinə xələl gətirməyə çalışan, Azərbaycanın iqtisadi, hərbi qüdrətinə, sosial tərəqqisinə, ermənilərin istəklərinə uyğun olaraq zərbə vurmağa çalışan, beynəlxalq aləmdə dövlətimizin nüfuzuna xələl gətirmək məqsədilə mitinq, piket keçirən antimilli, antivətənpərvərlik şəxlərə qarşı – isa qəmbərlərə, əli kərimlilərə, arif hacılılara, sərdar cəlaloğlulara, tofiq yaqublulara, yadigar sadıqlılara və onlara dəmkeşlik edən şərəfsiz və vicdansız, milli ruhdan, əxlaqdan uzaq, satqın, xəyanətkar vidadi isgəndərlilərə, sadiq zeynallılara, rafael piriyevlərə, mehman, emin hüseynovlara, orduxan teymurxanların, sevinc osmanqızının, qurban məmmədovların və başqalarının, Youtube kanallarının efirindən səsləndirdikləri anti-milli, anti-Azərbaycan təbliğatlarına əsassız və qərəzli ermənipərəst ifadələrinə, şərə, böhtana, şantaja qarşı mübarizənin önündə getmək üçün bizim hər birimizi, o cümlədən biz mətbuat işçilərini tam şəkildə səfərbər etmişdir. Vətənimiz uğrunda can verməyə, qan tökməyə səfərbər etmişdir.

Bu mövzuların daha da geniş təbliğində kütləvi informasiya vasitələrinin rolu inkaredilməzdir. Televiziyalarda, qəzetlərdə vətənpərvərlik mövzusunda çıxışlar, şəhidlərimiz, milli qəhrəmanlarımız, qaçqın və məcburi köçkünlərin həyatı və fəaliyyətləri, Ermənistanın işğalçılıq, terror, soyqırım siyasəti və s. barədə vaxtaşırı verilişlər verilsə də, məqalələr yazılsa da, hesab edirəm ki, indiki şəraitdə bu mövzular daha geniş auditoriyalarda təbliğ olunmalıdır. Tədris müəssisələrində, idarə və müəssisələrdə bu mövzuda vaxtaşırı seminarlar, tədbirlər keçirilməsi daha da genişləndirilməlidir.

Biz də mətbuat işçisi olaraq, qəzetlərin hər bir saytında vətənpərvərlik mövzusunda çıxışlar etməliyik. Yəni vətənpərvərlik mövzusunda çıxış etmək hər birimizin müqəddəs borcudur. Bununla öz qələmimizlə, düşüncəmizin məhsulu ilə vətənpərvərlik ruhunun genişləndirilməsinə öz töhfəmizi vermiş olarıq.

Xalq qəhrəmanlarımız, qəhrəmanlıq dastanlarından, əsərlərindən geniş bəhs etməlidir. Torpağa, Vətənə məhəbbət, düşmənə nifrət bu mövzunun mərkəzində dayanmalı və onun ana xəttini təşkil etməlidir.

Televiziyalarımızın bəzilərində və qəzetlərimizin əksəriyyətində çox təəssüf ki, bu mövzulara daha geniş yer vermək əvəzinə, şou proqramlara, insanların psixologiyasına, vətənpərvərlik hissini yabançı olan, milli adət-ənənələrimizin əksinə olan verilişlər, proqramlar verilir, məqalələr dərc edilir. Çox təəssüf ki, bəzi televiziya verilişləri kimlərinsə reklamı ilə məşğul olur. "Xalq ulduzu" terminin fəxrlə işlətməklə məşğul olur. Yaxşı olardı ki, "xalq ulduzu" əvəzinə xalq qəhrəmanlarımız, şəhidlərimiz, milli qəhrəmanlarımız barəsində hər gün verilişlər verilsin. Kiminsə televiziyada çıxıb bir-iki mahnı oxuması, onun "xalq ulduzu" adlandırılmasına əsas vermir. Bu, bizim milli musiqimizin daşıyıcılarının ruhuna da hörmətsizlikdir.

Xalq qəhrəmanlarımız, müharibədə şəhid olan, yaralanan, itkin düşən azərbaycanlılar barəsində verilişlərin, məqalələrin, Dağlıq Qarabağın və ətraf rayonların işğalından, erməni təcavüzündən, Ermənistanın deportasiya siyasətindən, beynəlxalq cinayət hadisəsi olan Xocalı soyqırımı barəsində, Milli Qəhrəmanlarımızın, şəhidlərimizin döyüş yollarından, Qərbi Azərbaycanın tarixindən, beynəlxalq təşkilatların ikili standartlara yol vermələri və s. mövzularda verilişlərin, məqalələrin sayının artırılmasına bu gün daha çox zərurət vardır. Əgər bu hisslər, dərketmə, məsuliyyət olmasa insan vətənpərvər ola bilməz. Müasir şəraitdə bu hisslər hər birimizin qanında, canında, təfəkküründə, düşüncəsində özünə geniş yer ayırmalıdır. Bu dünyada yaşayan 50 milyonluq azərbaycanlının müqəddəs borcudur.

Əbədiyaşar müdrik rəhbərimiz Heydər Əliyev demişdir: “Milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu, nizamnaməsi olsun. Bu hisslər hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından – hər şeydəm üstün tutsun”.

Bəli, bizim hər birimiz Ulu Öndərin fəlsəfi fikrini dərindən dərk etməklə, ölkəmizdə gedən uğurlu, məqsədyönlü işlərdən ruhlanaraq, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında daha da günü gündən sıx birləşrək, işlədiyimizi, xidmər etməyimiz, fəaliyyət göstərdiyimiz sahənin əsgəri olaraq, təyinatımız üzrə vəzifəmizin öhdəsindən layiqincə gəlməklə milli maraqlarımıza şərəflə, vicdanla xidmət etməklə, dövlət himnimizdə deyildiyi kimi, vətənimiz yolunda can verməyə hazır olmaqla, qan tökməyə qadir olmaqla, əsl vətənpərvərlik zirvəsinə yüksəlmiş olarıq.

Dəmir QURBANLI