Ebola virusu haqqında araşdırma yazıların müəllifi olan jurnalist evində öldürülüb

4 Noyabr 2019 04:07 (UTC+04:00)

Konqo Demokratik Respublikasında Ebola virusu haqqında araşdırma yazıların müəllifi olan jurnalist Papy Mumbere Mahamba evində öldürülüb.

SİA-nın "BBC"-yə istinadən verdiyi məlumata görə, yerli polisin yaydığı məlumatda bildirilir ki, naməlum şəxslər jurnalistin İturi əyalətinin şimal-şərqində Luebma bölgəsindəki evinə basqın edərək onu öldürüblər.

Qətli törədənlər jurnalistin həyat yoldaşını yaralayıb, eyni zamanda evi yandırıblar.

Qeyd edək ki, Konqo Demokratik Respublikası dünyada ikinci ən kritik Ebola epidemiyasının yayıldığı ölkədir.

Bu ölkədə sözügedən virusun qarşısının alınması üçün səy göstərən insanlara tez-tez hücumların olduğu bildirilir.