“Tariximiz sirli naxışlarda” adlı II Regional Xalçaçılıq Sərgisi keçirilib FOTOLAR

1 Noyabr 2019 11:33 (UTC+04:00)

Goranboy rayonunda 7 rayonun xalçaçılarının iştirakı ilə “Tariximiz sirli naxışlarda” adlı II Regional Xalçaçılıq Sərgisi keçirilib. SİA-nın məlumatına görə, sərgidə 150-dən çox xalçaçılıq nümunələri və müxtəlif əl işləri, o cümlədən gəvə, kilim, şəddə, palaz, cecim, xurcun və fərşinlər nümayiş etdirilib. Tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun idarə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin fəalları iştirak ediblər.