Səfil həyatı yaşayan Siyavuş Aslanın oğlu: "Çörək almağa pulum yoxdur"

31 Oktyabr 2019 16:13 (UTC+04:00)

Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Zaur Baxşəliyevin aparıcısı olduğu verilişə qatılıb. SİA-nın məlumatına görə, aktyorun oğlu pis vəziyyətdə yaşadığını bildirib. O, söyləyib ki, səfil həyatı yaşayır. Hətta Çingiz vurğulayıb ki, çörək almağa belə pulu yoxdur.

Aparıcı Çingizə "Niyə bu hala düşmüsünüz?" sualını verib. O, Zaura "Öz ağılsızlığımın nəticəsində səfil həyatı yaşayıram" deyə cavab verib.

Proqramda Xalq artisti Siyavuş Aslana layiq olmadığına görə onu qınayanlar da olub.

Həmin görüntüləri təqdim edirik: