Bu rayonda qaz olmayacaq

28 Oktyabr 2019 10:50 (UTC+04:00)

Oktyabrın 28-də səhər saat 10:00-dan təmir işləri başa çatanadək Samux rayonunun 2 yaşayış məntəqəsində qaz təchizatında fasilələr olacaq.

"Azəriqaz" İstehsalat Birliyindən SİA-ya verilən məlumata görə, bu zaman Samux rayonu ərazisində yerləşən “Alabaşlı” ölçü qovşağının çıxışında quraşdırılmış kollektorda aşkar olunmuş qaz sızmalarının ləğvi işləri aparılacaq.