Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

24 Oktyabr 2019 06:44 (UTC+04:00)

Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA "APA"ya istinadən xəbər verir ki, hadisə magistral yolun Xızı rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə yolu keçmək istəyən 1985-ci təvəllüdlü Eldarov Rövşən Vidadi oğlunu avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.