BMT Baş Assambleyasının Prezidenti Bakıya gəlib

23 Oktyabr 2019 22:18 (UTC+04:00)

BMT Baş Assambleyasının Prezidenti Ticani Məhəmməd-Bande Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 23-də Azərbaycan Respublikasına səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn və digər rəsmi şəxslər qarşılayıblar.