Güllə atıcılarımız beynəlxalq turnirə qatılacaq

23 Oktyabr 2019 20:37 (UTC+04:00)

Sabah Tbilisidə güllə atıcılığı üzrə beynəlxalq turnir start götürəcək. 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışlarında Azərbaycan komandası da qüvvəsini sınayacaq. Turnir noyabrın 30-dək davam edəcək.