“Qoşulmama Hərəkatının XVIII sammitinin Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir” ÖZƏL-MÜNASİBƏT

23 Oktyabr 2019 15:40 (UTC+04:00)

“Qoşulmama Hərəkatının XVIII sammitinin Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir”. Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan bütün beynəlxalq tədbirləri yüksək səviyyədə keçirib: “Beynəlxalq tədbirlərin Bakıda keçirilməsi və bu tədbirlərdə Azərbaycan – Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, əlaqələrin möhkəmləndirilməsi baxımından vacibdir. Azərbaycan balanslaşdırılmış, hansısa ölkənin daxili işinə qarışmamaq siyasəti həyata keçirir. Bakının belə tədbirlərə ev sahibliyi etməsi ölkəmizin nüfuzunu artırır”.

Deputat qeyd edib ki, Venesuela prezidenti Nikolas Maduronun Bakı gəlişi protokol qaydasıdır: “Beynəlxalq ictimaiyyət Maduronu Venesuelanın prezidenti kimi tanıyır. Hər şey fakta əsaslanmalıdır. Ona görə də Maduronun Bakıya gəlişində qəbahət görmürəm”.