Gəncədə zəncirvari qəza: 3 maşın toqquşdu - FOTOLAR

23 Oktyabr 2019 00:19 (UTC+04:00)

Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası qeydə alınıb.

SİA-nın bölgə muxbirinin verdiyi xəbərə görə, hadisə şəhərin Ş.İ.Xətai prospektində "Dəyirman" dairəsi adlanan ərazidə baş verib.

Zəncirvari qəza zamanı "VAZ 2107" və "VAZ 21 011" markalı avtomobillərlə "Mercedes" markalı avtomobil toqquşub. Hadisə zamanı "VAZ 2107" markalı avtomobilin sürücüsü Əliyev Elvin İmaməddin oğlu, "Mercedes" markalı avtomobilin sürücüsü Cəfərov İkram Nadir oğlu və "VAZ 21 011" markalı maşının sürücüsü Hacıyev Məsim Əbülfət oğlu müxtəlif bədən xəsarətləri alıblar. Hər üç yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına qaldırılıb. Onların vəziyyətinin orta ağır olduğu deyilir.

İlkin məlumatlara görə qəzaya "VAZ 21 07"markalı avtomobilin yüksək surətlə idarə edilməsi səbəb olub.