Qılıncoynadanlarımız beynəlxalq turnirdə iştirak edəcəklər

22 Oktyabr 2019 17:33 (UTC+04:00)

Oktyabrın 26-27-də Tbilisidə qılıncoynatmanın sablya növü üzrə beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, “Tbilisi Satellite” turnirində Azərbaycanı Cavanşir Ağakişiyev, Aysel Əhədova, Anna Başta, Valeriya Bolşakova, Sevil Bünyatova və Səbinə Kərimova təmsil edəcəklər.

Yarışda 15 ölkədən 36 kişi və 28 qadın idmançı mübarizə aparacaq.