Soçidə Putinlə Ərdoğan arasında danışıqlar başlayıb

22 Oktyabr 2019 15:14 (UTC+04:00)

Soçidə Rusiya və Türkiyə liderləri Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başlayıb. SİA-nın verdiyi məlumata görə, prezidentlərin görüşü Boçarov Ruçey iqamətgahında baş tutur.

Kreml Suriyadakı vəziyyətlə bağlı Rusiya və Türkiyə liderləri arasındakı danışıqların mürəkkəb olacağını bildirmişdi.

Danışıqların Ankaranın Suriyadakı hərbi əməliyyatları və Türkiyə ilə ABŞ arasında əldə edilən atəşkəs barədə razılaşmalar kontekstində baş tutacağı gözlənilir.