Yaponiyanın yeni imperatoru rəsmi olaraq taxta çıxıb

22 Oktyabr 2019 13:15 (UTC+04:00)

Tokioda Yaponiya imperatoru Naruxitonun rəsmi taxta çıxma mərasimi keçirilib. Tədbirdə 180-dən çox ölkənin nümayəndəsi, həmçinin 2 minə yaxın qonaq iştirak edib. Bu barədə "The Japan Times" xəbər verir.

“Konstitusiyaya və imperator evi haqqında qanuna uyğun olaraq taxta çıxdım. Mərasimi keçirərək biz bunu bütün ölkəyə və bütün dünyaya elan edirik". O, "Yaponiya dövlətinin və xalqın birliyinin rəmzi olaraq", vəzifələrini yerinə yetirəcəyinə söz verib.