Azərbaycanda heç bir qüvvə xalq-iqtidar birliyinə zərər vura bilməz

22 Oktyabr 2019 12:25 (UTC+04:00)

Müdrik rəhbərimiz, bənzərsiz dünyəvi siyasi xadim Heydər Əliyevin şah əsəri olan müstəqil, demokratik, hüquqi, dünyəvi Azərbaycan Respublikası günü-gündən yüksələn xətt boyunca inkişaf edir. Azərbaycan Ulu Öndərin siyasətinin davamı olaraq 2003-cü ildən daha da böyük tərəqqi yoluna qədəm qoyaraq iqtisadi, sosial inkişafa nail olmuşdur. Xalqımızın ümumi rəyi və dəstəyi ilə prezident seçilən, dünyanın qəbul etdiyi və məsləhətləşdiyi XXI əsrin əvəzolunmaz tarixi şəxsiyyəti, xalqımızın xilaskarı İlham Əliyevin düşünülmüş, məqsədyönlü, uzaqgörən daxili və xarici siyasəti sayəsində ölkəmizdə tam şəkildə sabitlik, təhlükəsizlik bərqərar olmuşdur. Beynəlxalq aləmdə azərbaycanın nüfuzu 200 illik müstəqillik tarixi olan ölkələrdən beynəlxalq aləmdə daha da artmışdır.

Bu beynəlxalq nüfuzun nəticəsidir ki, hələ 2011-ci ildə BMT TŞ-a qeyri-daimi üzvlüyünə seçkilərdə 193 ölkədən 155-i Azərbaycanı dəstəkləmişdir. Azərbaycan iki dəfə Təhlükəsizlik Şurasına sədrlik etmiş, dünyanın güc mərkəzləri ilə ABŞ, Fransa, Rusiya, Çin, Yaponiya, Böyük Britaniya və s. ölkələri ilə birlikdə qlobal məsələlərin həllində, terrorizmə və separatizmə qarşı mübarizənin önündə gedib.

Bu gün də Azərbaycan beynəlxalq aləmdə müstəqil siyasət yeridərək, sabitlik, iqtisadi inkişaf, sosial tərəqqi baxımından nümunəvi ölkəyə çevrilmişdir. Dağlıq Qarabağ və ətraf rayonların erməni işğalından azad edilməsi istiqamətində uğurlu addımlar atılır.

Belə bir şəraitdə ermənipərəst xarici qüvvələr həmişə olduğu kimi, sapı özümüzdən olan baltalardan məharətlə istifadə etməklə ölkəmizdə sabitliyi pozmağa, Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzuna xələl gətirmək üçün Dağlıq Qarabağ münaqişəsini ermənilərin xeyrinə həll etmək üçün gah ayrı-ayrı ölkələrdən deputat qrupu, nümayəndələr göndərir, gah da bəzi beynəlxalq tədbirlərə dəvət edirlər.

Diqqəti bu məsələdən yayındırmaq, sabitliyi pozmaq, ölkədə aparılan islahatlara, idarəetmənin təkmilləşdirilməsinə zərbə vurmaq məqsədilə küçə müxalifətindən, anlaqsız, utopik düşüncə tərzinə malik olan, milli şüurdan, milli əxlaqdan uzaq olan antimilli düşmən qüvvələrdən istifadə etməyə son dövrlərdə daha da üstünlük verilib.

Bu yaramaz, əxlaqsız, çayxana, küçə siyasətçiləri, siyasi kəsicilər, gəmricilər antimilli şuranın antimilli sədri Cəmil Həsənlilər, xaos, anarxiya, vətəndaş müharibəsi dövrünün “milli qəhrəmanları”, riyakar, avantürist AXC-Müsavat ikihakimiyyətliyinin nümayəndələri AXCP adlandırılan antikonstitusion anlaqsız xarici cəsuslar partiyasının sədri, Qrabağın işğalına zəmin yaratmış Əli Kərimlilər, İsa Qəmbərlər, Arif Hacılılar və başqaları xarici düşmən qüvvələrin və onlara dolayısı ilə dəstək verən bəzi daxili qüvvələrin maliyyə dəstəyi ilə sabitliyi pozmağa cəhd edirlər. Ancaq həmişə olduğu kimi dövlət hakimiyyətinin yeganə mənbəyi olan Azərbaycan xalqının ümumi rəyi qarşısında yenə də məğlubiyyətə düçar oldular, siyasi dezinfeksiyaya, vaksinasiyaya məruz qaldılar.

Xalq-iqtidar, iqtidar-xalq birliyi, vəhdəti qarşısında məğlub oldular, yel kimi əsdilər, dəli-divanə kimi coşdular, bağırdılar, çığırdılar, quyunun dibindən onların səsinə səs verən olmadı. Bu cür küçə müxalifətinə, çayxana siyasətçilərini müxalifət adlandırmaq olmaz. Bunlar müxalifət donu geyinib ölkəmizdə təxribatlar, qarşıdurmalar yaratmağa çalışan antimilli, düşmən dəyirmanına su tökməklə məşğul olan, Azərbaycanı 1992-1993-cü illərə qaytarmaq istəyən, zəif, düşük hakimiyyət formalaşdırmaqla, həmin illərdə ermənilərə söz verdikləri torpaqları verməyi qarşısına qoyan şəxslərdir - Əli Kərimlilərdi, İsalardı və s.

Əgər belə deyilsə, mitinqlərini təyin edilmiş yerlərdə keçirmirlər?! Ona görə də şəhərin mərkəzi yerlərində, metroların qarşısında çığır-bağır, səs-küy salırlar ki, səsə-küyə beş-on adam toplaya bilsinlər. Ona görə ki, şəhərin mərkəzində bir səs-küy olanda, qəza və ya iki nəfər əlbəyaxa olanda onların hərəkətlərinə tamaşa etmək üçün xeyli adam yığışır. Ona görə də təyin edilmiş yerlərə tərəfdaş toplaya bilməyəcəklərini, bir daha biabır olacaqlarını bildikləri üçün belə bir addım atırlar. Eyni zamanda qarşılarına qoyduğu məqsədə nail olmaq üçün, yəni şəhərin mərkəzində qarışıqlıq salmaq, asayişi pozmaq, vətəndaşların hüquqlarını pozmaq və beləliklə də dövlət və hakimiyyət, hüquq mühafizə orqanlarının nüfuzuna xələl gətirmək və xarici ölkələrdə, bəzi beynəlxalq təşkilatlarda əks fikirlər formalaşdırmaq məqsədi ilə bu addımı atırlar.

Azərbaycanda hakimiyyətin mənbəyini təşkil edən Azərbaycan xalqı artıq öz hakimiyyətini 1993-cü ilin 15 iyunundan möhkəm təməllər üzərində qurub. Bu xalq hakimiyyətini və xalqın ümumi rəyi və dəstəyi ilə seçilmiş və xalq-iqtidar, iqtidar-xalq birliyini, vəhdətini, fəlsəfəsini formalaşdırmış prezident İlham Əliyev xalq zirvəsinə heç bir qüvvə təsir göstərə bilməz.

AXCP, Milli Şura əslində isə anarxiya, xaosa çağırış partiyası, antimilli şüursuz şəxslərin cəmləşdiyi şuranın Azərbaycan kimi ən demokratik, hüquqi dünyəvi dövlətdə, hakimiyyətin xalqa məxsus olduğu bir dövlətdə müxalifət donu geyinərək cəsusluqla, təxribatla məşğul olmalarına əsas vermir. Yəni, AXCP antikonstitusion qondarma və uydurma bir qurum olmaqla Əli Kərimlinin müxalifət pərdəsi arxasında təxribatla məşğul olmasını ört-basdır etməkdən ibarətdir. Həmin partiya nə Azərbaycanı, nə də onun xalqını təmsil etmir. Bir qrup təxribatçı, xaos, anarxiya banilərinin cəmlədiyi qurumu AXCP adlandırmaq ən azından cinayətdir. Ona görə ki, AR Konstitusiyasının 1-ci, 2-ci, 4-cü, 5-ci, 6-cı və 7-ci maddələrinin tələbləri ilə belə bir partiyanın mövcudluğu dövlətimizin siyasi sisteminə xələl gətirir və Ədliyyə Nüzirliyi belə bir mənəvi-psixoloji terror partiyasının qeydiyyatını ləğv etməlidir. Azərbaycanda hakimiyyətin bölgü prinsipinə əsasən qanunverici hakimiyyət - Milli Məclis fəaliyyət göstərir və Milli Məclisdə xalq tərəfindən seçilmiş hakim partiyanın və milli maraqlarımıza xidmət edən digər partiyaların, müxalif partiyaların nümayəndələri, o cümlədən, Qüdrət Həsənquliyev, Asim Mollazadə, Fazil Qəzənfəroğlu, Fərəc Quliyev və s. təmsil olunublar. Bəs onda sual olunur, Milli Şura-ya, əslində antimilli, antiAzərbaycan şurasına nə ehtiyac var?! Milli Şura adı ilə Cəmil Həsənli anlaqsız, utopik düşüncə tərzinə malik olan bir qrup təxribatçı partiyaları bir ətrafına cəmləşdirib, qanunsuz hakimiyyət formalaşdırıb. Belə bir təşkilat ləğv edilməlidir.

Antimilli, antiAzərbaycan şurasının tərkibində olan xaos, anarxiya baniləri o qədər anlaqsız düşüncə tərzinə malikdirlər ki, təxribat törətdiyinə görə konkret cinayət əməli sübuta yetirilərək həbs edilən şəxsləri siyasi məhbus adlandırırlar. Öz şəxsi maraqlarını milli maraqlarımızdan üstün tutaraq vətəndaşlarda hakimiyyətə qarşı əks fikirlər yaratmağa çalışan, alıb-aldatmaqla, vətəndaşların pulunu mənimsəməklə, dələduzluq, hədə-qorxu gəlmək, şantaj etmək yolu ilə iri biznes dairələrinin maliyyə imkanlarını müxalifətin maraqlarına yönəltməyə çalışan bəzi idarə və müəssisə rəhbərlərini ələ alaraq, onların da maliyyə imkanlarından istifadə etmiş, Qərb bölgəsində, Tovuzda dövlət başçımızın nüfuzuna xələl gətirməyə çalışan Əli Kərimlilərin, İsa Qəmbərlilərin, Mirmahmudların, Qurban Məmmədovların, Əhməd Orucların planlarını yerinə yetirən AXC-nin idarə heyətinin qərb bölgəsi üzrə nümayəndəsi Firudin Ələkbərlinin Əli Şəmiyev tərəfindən qətlə yetirilməsindən sonra onun dəfn mərasimində Mirmahmud “ağanın”, Əhməd Orucun çıxış edərək Firudin kimi siyasi əxlaqsızı, dələduzu, antimilli şəxsi şəhid adlnadırmaqları onun cənazəsi önündə, qəbri qarşısında diz çökmələri və qətl hadisəsini xalqın formalaşdırdığı hakimiyyətin üzərinə yönəltmələri və s. hərəkətləri sübut edir ki, onlar həqiqətən vətənimiz, müstəqilliyimiz uğrunda şəhid olmuş 25 mindən çox qəhrəman, igid, ölməz şəhidlərimizin ruhuna hörmətsizlik edirlər, antimilli mövqedədirlər.

Həmin Firudin Ələkbərli ki, Tovuz Regional Poçt filialının, siyasi cəhətdən zəif iradəli olan rəisi Elşən Kəmərovu öz tərəfinə çəkib, onun maliyyə imkanlarından istifadə edərək müxalifətin maliyyə imkanlarını genişləndirib. Müxalifəti kəskin tənqid etdiyimə görə Elşən Kəmərovun maliyyə dəstəyi ilə mənim barəmdə şər-böhtan kompaniyası apartdırıb.

Mən müxalifətin tənqidindən çəkindirməyi Firudin Ələkbərliyə Əli Kərimli, İsa Qəmbər göstəriş vermişdir.

Ona görə də, o, Elşən Kəmərovun dəstəyindən mənə qarşı məharətlə istifadə edib.

Elşən Kəmərovun müxalifətə maliyyə dəstəyindən ruhlanaraq, müxalifətin maliyyə imkanlarını genişləndirmək məqsədilə dövlət siyasətimizə öz əməli işi ilə xidmət edən sahibkar Əli Şəmiyevi də müxalifətin tərəfinə keçirməyə çalışırdı.

Bütün bu faktlar, sübutlar müxalifətin, onun yerli nümayəndələrinin məqsədlərini tam şəkildə təsdiq edir.

Azərbaycanda heç kəs cənab İlham Əliyevin alternativi ola bilməz.

Xalq-İlham Əliyev zirvəsi əlçatmazdır!

Yel qayadan heç nə qopara bilməz!

Dəmir QURBANLI