Tramp ABŞ və Çinlə nüvə sazişi imzalamaq istəyini növbəti dəfə açıqlayıb

22 Oktyabr 2019 09:41 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Rusiya və Çinlə nüvə sazişi bağlamaq istəyini növbəti dəfə açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tramp müsahibəsində deyib: “İnanıram ki, Rusiya və Çinlə bir araya gələndə nüvə sazişini inkişaf etdirəcəyik”.

Tramp qeyd edib ki, bu barədə Rusiya və Çinlə müzakirə olunur.

Bundan əlavə, o, bunu Çin ilə "son ticarət danışıqlarında" müzakirə etdiyini söyləyib.

Qeyd edək ki, 2010-cu ildə imzalanan Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi (START-3) Rusiya ilə ABŞ arasında yeganə cari silah məhdudiyyəti müqaviləsi olaraq qalır. Razılaşma 2021-ci ilin fevralında başa çatacaq. Lakin Amerika rəhbərliyi Vaşinqtonun onu uzatmaq niyyətində olub-olmadığını hələ də açıqlamayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton, START-3-in qüsurları olduğu üçün müqavilənin uzadılmasının çətin olduğunu söyləmişdi. Rusiya da öz növbəsində bunu dəfələrlə müzakirə etməyə hazır olduğunu bildirib. Tramp Rusiya, Çin və ABŞ arasında yeni üçtərəfli nüvə sazişini hazırlamaq istədiyini açıqlasa da, bu fikir Pekində rədd edilib.