Katalon siyasətçisi Artur Mas "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın Kataloniya hökümətinin seçkilərində iştirak etmək təşəbbüsü ilə çıxış edib.
Qol.az-ın məlumatına görə, bu barədə o, "El Confidencial"a açıqlamasında deyib: "Mənim başqa bir namizədim var. Onun siyasi təcrübəsi yoxdur. Bu, Pep Qvardioladır".
Qeyd edək ki, Qvardiolanın "Mançester Siti" ilə müqaviləni uzatmaq istəmədiyi və "Barselona"ya qayıda biləcəyi iddia olunur. Onun ailəsi Kataloniyada yaşayır.