Hindistanın vitse-prezidenti Bakıya gəlir

21 Oktyabr 2019 21:03 (UTC+04:00)

Hindistanın vitse-prezidenti Muppavarapu Venkaiah Naidu Azərbaycana səfər edəcək. APA-nın məlumata görə, səfər oktyabrın 25-26-da baş tutacaq. Vitse-prezidentin səfərində məqsəd Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin 18-ci sammitində iştirak etməkdir.