İstanbul Universitetinin müəllimi ADAU-da tələbələrə mühazirə oxuyub

21 Oktyabr 2019 19:06 (UTC+04:00)

İstanbul universitetinin Su bilimləri fakültəsinin müəlimi, doktor dosent Farhad Çağlıtay Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin balıqçılıq ixtisasının tələbələrinə mühazirə oxuyub, təcrübə dərsləri keçib. Bu da təbii ki, hər iki universitet arasında bağlanan müqaviləyə əsasən mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi, ölkənin balıqçılıq üzrə mütəxəssislərlə təminatının yaxşılaşdırılması prioritetlərdəndir. Bu məqsədlə həyata keçirilən tədbirlərin mühüm istqamətlərindən biri də məhz Türkiyənin aparıcı ali təhsili müəssisələri ilə qarşılıqlı əməkdaşlıqdan keçir.

Mühazirələr və təcrübə saatları oktyabrın 12-dən 19-na kimi keçiləcək. Bu müddət ərzində tələbələr balıqların bəslənilməsi, süni mayalandırılması, suyun keyfiyyəti, qəfəs yetişdirilməsi və digər mövzularda mühazirlər dinləyəcək, təcrübə dərsləri keçəcəklər. Bu gün keçilən təcrübə dərsində isə tələbələr Afrika naxasının daxili quruluşunu öyrəniblər.

Əlihüseyn Şükürov