Terrorçulara məxsus yeraltı tunellər aşkarlandı

21 Oktyabr 2019 18:31 (UTC+04:00)

Türkiyə Ordusu Suriyanın şimalında keçirdiyi “Sülh çeşməsi” əməliyyatı nəticəsində YPG və PKK terrorçularından azad etdiyi Rəsulayn şəhərində terrorçulara məxsus yeraltı tunellər sistemi aşkarlayıb. SİA xəbər verir ki, tunelin şəhər mərkəzinin müxtəlif istiqamətlərini əhatə etdiyi və Türkiyə sərhədinə qədər uzandığı bildirilir.

Əsas girişi ərazidəki anbarların birinin içində olan tunel yerin təxminən 13 metr dərinliyindədir. Uzunluğu kilometrlərlə ölçülən yeraltı keçid sisteminin hündürlüyü 3, eni isə 2,5 metrdir.