Risk qrupunda olan Ermənistan

21 Oktyabr 2019 16:48 (UTC+04:00)

Miqrantlar risk qrupundadırlar. Ermənistanda hazırda 2,5 minə yaxın HİV-ə yoluxmuş şəxs qeydiyyata alınıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər veriur ki, bunu Sputnik Ermənistan-a müsahibəsində Respublika QİÇS-in qarşısının alınması Mərkəzinin direktoru Samvel Qriqoryan söyləyib.

Onun sözlərinə görə, 2100-dən çox insan dispanser qeydiyyatında və antiretrovirus müalicə alır. Mütəxəssislərin fikrincə, Ermənistanda 3500-ə yaxın HİV xəstəsi var.

"Sentyabr ayının sonundakı məlumatlara görə, 2523 nəfərə bu diaqnoz qoyulub. Ümumilikdə 1988-ci ildəki qeydiyyatdan bu günə qədər Ermənistanda 3654 HİV xəstəsi qeydə alınıb", deyə Qriqoryan məlumat verib.
Diaqnoz qoyulan 2523 nəfərdən kişilər təxminən 70%, qadınlar 30% təşkil edir. Hal-hazırda təxminən 60 uşağa HİV yoluxub.