Çavuşoğlu: "Terrorçuların Suriyanı tərk etmələri üçün son 35 saatı var"

21 Oktyabr 2019 16:27 (UTC+04:00)

“Terrorçuların Suriyanın şimalındakı təhlükəsizlik bölgəsini tərk etmələri üçün 35 saat zamanı var. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda mətbuata verdiyi açıqlamasında deyib.

O bildirib ki, əgər terrorçular 35 saat müddətində Suriyadakı təhlükəsizlik zonasını tərk etməzsə, o zaman Türkiyə “Sülh bulağı” əməliyyatını davam etdirəcək.

Terrorçuların hazırda Türkiyəyə qarşı hərəkət etdiyini deyən XİN başçısı söyləyib ki, Ankara yerli əhaliyə dəyəcək ziyanı minimuma endirmək üçün cavab tədbirləri həyata keçirir.

Nazir həmçinin ABŞ-ı Ankara və Vaşinqtonun Fərat çayının şərqində təhlükəsizlik zonası qurmaq üçün danışıqlar apardığı zaman Kürd Xalqının Özünü Müdafiə Qüvvələrinə (YPG) silah tədarükünü davam etdirməsində ittiham edib.