Əliyar Ağayev Avropa Liqasında oyunu idarə edəcək

21 Oktyabr 2019 15:11 (UTC+04:00)

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

SİA-nın məlumatına görə, 32 yaşlı beynəlxalq dərəcəli hakim H qrupunun "Lüdoqorets" (Bolqarıstan) - "Espanyol" (İspaniya) matçını idarə edəcək.

24 oktyabr

UEFA Avropa Liqası, qrup mərhələsi III tur

H qrupu

20:55."Lüdoqorets" (Bolqarıstan) - "Espanyol" (İspaniya)

Baş hakim: Əliyar Ağayev

Yan xətt hakimləri: Zeynal Zeynalov, Akif Əmirəli

Dördüncü hakim: Orxan Məmmədov

Hakim-inspektor: Paskal Qaribian (Fransa)

UEFA nümayəndəsi: Mark Bos (Niderland)

Qeyd edək ki, qarşılaşma Razqrad şəhərindəki "Lüdoqorets Arena"da keçiriləcək. Bu, Əliyar Ağayevin cari mövsüm avrokuboklarda qrup mərhələsinə ilk təyinatıdır.