(Minsk qrupuna ithaf olunur)
Üç kəndirbaz əlində
Bu millət qalıb yesir,
20 ildir bu üçlük,
Pambıq ilə baş kəsir.
Külək hamıya bəlli,
Şimaldan, Qərbdən əsir.
Di gəl ki, aldanırıq
Verilən şirin vədə,
Salıb bizi oyuna
Üç kəndirbaz, üç gədə.
Hər gəlişdə dəyişən
Pencəklərin rəngidi.
Bir də həlim mülayim
Səslərin ahəngidi.
Bu zatı qırıqları
Doğan ana tülküdü.
Bilərəkdən bunları
Durmayırıq biz qəsdə
Salıb bizi oyuna
Üç kəndirbaz, üç gədə.
İstəmirlər bu savaş
Tez zamanda sovuşsun
Bir milyon didərgin
Torpağına qovuşsun.
Bunlar müsəlmandılar,
Nə olursa, qoy olsun.
Mürəkkəb danışıqlar,
Çözəlib olur sadə.
Salıb bizi oyuna,
Üç kəndirbaz, üç gədə.
Qarabağın açarı,
Putinin seyfindədi.
O da gimnast xanımla,
Bağında kefindədi.
Yusif Sərrac baş nazir,
Dustaqdı evindədi.
Tez-tez barmaq göstərib,
Gəlirlər bizə hədə.
Salıb bizi oyuna,
Üç kəndirbaz, üç gədə.
Deyirlər hər gecənin,
İşıqlı gündüzü var.
Ayın da bizdən küsən,
Görünməyən üzü var.
Bu oyunda, vallahi,
Xristian izi var.
Xaç Atası İsadan,
Gəlməsə göydən səda.
Qurtarmaz bu oyunu,
Üç kəndirbaz, üç gədə.