Futzal üzrə millimizin oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

21 Oktyabr 2019 15:00 (UTC+04:00)

Futzal üzrə dünya çempionatının əsas mərhələsinin oktyabrın 23-dən 26-dək Bakı İdman Sarayında keçiriləcək oyunlarını idarə edəcək hakimlər açıqlanıb. SİA-nın məlumatına görə, UEFA bu turnirdə hakimliyi Çexiya, Portuqaliya, Latviya və Almaniya təmsilçilərinə həvalə edib.

Oyunlarda Andrey Cerni (Çexiya), Miguel Duarte Oliveita Castilho (Portuqaliya), İngus Purnis (Latviya) və İngo Heemsoth (Almaniya) ədaləti qoruyacaqlar.

Qarşılaşmaların hakim inspektoru Pedro Angel Galan Nieto (İspaniya), nümayəndəsi isə qazaxıstanlı Assem Kujanova olacaq.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 23-də Moldova, ertəsi gün Monteneqro, ayın 26-da isə Slovakiya ilə üz-üzə gələcək.