Tayboks üzrə respublika turnirinə yekun vurulub

21 Oktyabr 2019 14:58 (UTC+04:00)

Abşeron Olimpiya İdman Kompleksində Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmələr və gənclər arasında tayboks üzrə respublika turnirinə yekun vurulub.

SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Muay-tay Federasiyasının birgə təşəbbüsü ilə keçirilən yarışda 25 klubdan 200-ə yaxın idmançı iştirak edib.

Turnirdə medal sayına görə birinci yeri “Boz Qurd” komandası tutub. “Mübarizlər” ikinci, “Şamaxı” klubu isə üçüncü pillədə qərarlaşıblar.

Qaliblər federasiya tərəfindən diplom və medallarla təltif olunublar.