Güləşçilərimiz beynəlxalq turnirdə iki medal qazanıblar

21 Oktyabr 2019 14:56 (UTC+04:00)

Rusiyanın Kemerovo şəhərində sərbəst güləş üzrə “Şaxtaçı şöhrəti” beynəlxalq turniri keçirilib. Yarışda çıxış edən iki güləşçimiz fəxri kürsüyə qalxıb. SİA-nın xəbərinə görə, yalnız finalda Qırğızıstan təmsilçisinə məğlub olan İsmayıl Abdullayev (74 kq) gümüş medalı boynundan asıb. Gənclər arasında Avropa üçüncüsü İslam Abuyev (125 kq) isə bürünc medala sahib çıxıb.