Şahmatçılarımız həlledici turda

21 Oktyabr 2019 14:50 (UTC+04:00)

Bu gün Böyük Britaniyanın Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin sonuncu turunun oyunları keçiriləcək. SİA-nın məlumatına görə, 11-ci turda şahmatçılarımız Nicat Abbasov ABŞ təmsilçisi Jefferi Sionq, Rauf Məmmədov türkiyəli Mustafa Yilmaz, Eltac Səfərli yunanıstanlı İoannis Papaioannou, Vasif Durarbəyli amerikalı Qata Kamski ilə qüvvələrini sınayacaqlar.

Ötən on turun nəticəsinə görə, N.Abbasovun 6 xalı var. Komandamızın digər üzvləri hərəyə 5 xal qazanıblar.