Məktəb daxilində dinlənilmə keçirilir FOTO

21 Oktyabr 2019 12:11 (UTC+04:00)

Ümumi təhsil müəssisələrində Pedaqoji mühazirələrin qalibləri olan müəllim, məktəb rəhbəri və psixoloqun məktəb daxilində dinlənilməsi keçirilir.

Təhsil İdarəsindən SİA-ya verilən məluata görə, məktəbdaxili dinləmələrin əsas məqsədi pedaqoji mühazirə qaliblərinin-təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl və yüksək nailiyyətlər qazanmış şəxslərin təcrübəsini digər həmkarları ilə bölüşməsini təmin etməkdən ibarətdir.

2019-2020-ci tədris ili ərzində pedaqoji mühazirə qaliblərinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən müxtəlif layihələrə cəlb olunması nəzərdə tutulub.

Qeyd edək ki, Pedaqoji mühazirələr ümumi təhsillə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin rəy və mülahizələrini öyrənmək, qabaqcıl müəllim və məktəb rəhbərlərinin təcrübəsini təbliğ etmək və onlar arasında pedaqoji əməkdaşlıq yaratmaq, həmçinin perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq məqsədilə keçirilib.

Pedaqoji mühazirələrdə fərqlənən müəllimlər, məktəb rəhbərləri, psixoloqlar I, II, III dərəcəli diploma və Tərifnaməyə layiq görülüb.

Pedaqoji mühazirələrdə BŞTİ-nin tabeliyindəki məktəblərdə çalışan pedaqoji işçilər də uğurla iştirak edərək, müvafiq nominasiyalar üzrə təltif olunublar.