Gəncə sakini özünə bıçaqla xəsarər yetirib.
SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb.
1980-ci il təvəllüdlü Quliyev Rauf Qələndər oğlu özünə bir neçə bıçaq zərbəsi vurub.
Yaralı qohumlarının yardımı ilə Gəncədə yerləşən xəstəxanalardan birinə gətirilib.
Faktla bağlı polisə məlumat verilib, araşdırma başlanılıb. Hadisənin təfərrüatları öyrənilir.